Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”

25.02.2020 Off By admin

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası toplantısının səkkizincisində bu gün Bakıda bir araya gələcəyik. Azərbaycanı ən son oktyabrın 15-də Türk Şurası zirvə görüşü çərçivəsində ziyarət etdim.

Dəyərli qardaşım, Prezident İlham Əliyevi isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi üçün noyabrın 30-da Türkiyədə qonaq etdik. Cənab Əliyevlə fərqli məsələlərlə bağlı telefon danışıqlarımız olur, müzakirələr aparırıq”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

Share