142 – Çağrı Mərkəzinə 1 apreldən 94 minə yaxın zəng daxil olub (VİDEO)

142 – Çağrı Mərkəzinə 1 apreldən 94 minə yaxın zəng daxil olub (VİDEO)

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərinin geniş miqyas aldığı indiki dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yalnız bu ay, yəni aprelin 1-dən 142 – Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən 94 minə yaxın zəng daxil olub.

Əmək, məşğulluq, sosial müdafiə tədbirləri, tibbi-sosial reabilitasiya, habelə hazırda həyata keçirilən sosial dəstək tədbirləri və s. ilə bağlı müraciətlər əməkdaşlar tərəfindən ətraflı cavablandırılır. Sorğu xarakteri daşıyan müraciətlərlə bağlı izahat və məlumatlar verilir.
Çağrı Mərkəzində saat 9:00-dan 24:00-a kimi 100-dək operator tərəfindən zənglər cavablandırılır.

Mərkəzin fəaliyyəti barədə videoçarxı təqdim edirik:

Share