Azərbaycan gələn il qeyri-neft ixracının təşviqinə 20 mln. manat xərcləyəcək
18.12.2019Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirləri üçün xərclərə 20 mln. manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.
“APA-Economics” bu barədə gələn ilin təsdiqlənmiş dövlət büdcəsi göstəricilərinə istinadən xəbər verir.
Həmçinin gələn ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması üçün 15,5 mln. manat xərc nəzərdə tutulub.









