Koronavirusa yoluxmuş Braziliya prezidentinin xanımı sağalıb

Koronavirusa yoluxmuş Braziliya prezidentinin xanımı sağalıb

16.08.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Braziliyanın birinci xanımı Mişel Bolsonaru koronavirusdan müalicə olunaraq sağalıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu xanım Bolsonaru özünün “Instagram” səhifəsində bildirib.

“Test nəticəsi mənfidir. Dualarınıza və diqqətinizə görə minnətdaram”, – deyə onun paylaşımında yazılıb.

Braziliyalı prezidentin xanımı öz paylaşımında koronavirus üçün verdiyi testin nəticələrini əks etdirən fotoşəkil də yerləşdirib.

Qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaruda COVID-19 virusu aşkar olunduqdan bir qədər sonra, yəni iyulun sonlarında dövlət başçısının mətbuat xidməti 38 yaşlı birinci xanımın da koronavirusa yoluxması barədə məlumat yayıb.

Share