"Evimə gəlib, anama hücum edib"
16.08.2020“Hakimiyyet.com” xəbər verir ki,
Prodüser Təranə Səmədova sosial şəbəkədə Vüsalə adlı qadının şəkillərini paylaşaraq onu polislə hədələyib.
Təranə sözügedən qadının onların evinə hücum edib, anasına xəsarət yetirdiyini bildirib:
“Qəti qərarımdır sabah bu qadından polisə şikayət edəcəm. 3 ildir məni rahat buraxmır, evimə qədər basqın edib. Bu qadının özünə də, məni narahat etməsinə səbəb olan şəxsə də səslənirəm: bunu özünüz istədiniz, bu hələ başlanğıcdır. Anamən üstünə hücum çəkib. Bütün səhifələrdə məni söyür”.











