UEFA Avropa Liqası: “Sevilya” klubu “Mançester Yuneyted”i məğlub edərək finala çıxıb

UEFA Avropa Liqası: “Sevilya” klubu “Mançester Yuneyted”i məğlub edərək finala çıxıb

17.08.2020 Off By admin

Avqustun 16-da futbol üzrə UEFA Avropa Liqasının ilk yarımfinal oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniyanın “Sevilya” klubu finala vəsiqə uğrunda İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşıb.

Kölndəki “Reyn Energi” stadionunda baş tutan görüş “Sevilya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İspanların heyətində Suso, De Yonq, “Mançester Yunayted”də isə Bruno Fernandeş fərqləniblər.

Beləliklə, “Sevilya” tarixində 6-ci dəfə UEFA Avropa Liqasının finalında oynamaq hüququ qazanıb.

Share