Bakıda iki evdən 10 min manata yaxın oğurluq edən şəxslər tutulub

Bakıda iki evdən 10 min manata yaxın oğurluq edən şəxslər tutulub

18.08.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Binəqədidə pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.Cəfərovun və S.Bəyalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 evdən ümumilikdə 6700 manat, 700 ABŞ dolları və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Share