Bakıda üç yaşlı uşaq xəstəxanada öldü

29.12.2019 Off By admin

Bakıda azyaşlı xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə A.F.Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb.

Dekabrın 28-də Binəqədi rayon, Mədən 1, korpus 30 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Həmzəyev Ümid Sarif oğlu xəstəxanaya yerləşdirilib və həmin tarixdə orada ölüb.

Azyaşlının meyitinin ilkin müayinə zamanı Ü.Həmzəyevdə baş-beyin ödemi aşkarlanıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Share