Diaqnostik qiymətləndirilmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib
30.12.2019Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Ümumilikdə 2 min 757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib.
Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 min 633 namizəd qatılıb.









