Hindistanda təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var
04.01.2020Hindistanın Madhya Pradeş ştatında özəl aviasiya tədris şirkətinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, Saqar rayonu ərazisində baş verən qəzada ölənlər uçuş təlimatçısı və təlimçi-pilot olub. Təyyarə əkin sahəsinin yaxınlığındakı uçuş zolağına enməli imiş. Amma ehtimal olunur ki, qatı dumanlı hava şəraitində pilot səhvən əkin sahəsinə eniş edib və bu zaman qəza baş verib.
Dərhal hadisə yerinə gələn polis əməkdaşları yaralı vəziyyətdə tapılan təlimatçı və pilotu xəstəxanaya çatdırmağa cəhd ediblər. Lakin hər iki şəxs yolda keçinib.









