“Aqrolizinq” ASC-nin xətti ilə 17,9 milyon manatlıq texnika alınıb

“Aqrolizinq” ASC-nin xətti ilə 17,9 milyon manatlıq texnika alınıb

22.08.2020 Off By admin

Bakı, 22 avqust, AZƏRTAC

2020-ci ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 17,9 milyon manat dəyərində 54 taxılyığan kombayn və 63 müxtəlif növ traktor satılıb və verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində, həmçinin 32 kotan, 13 çiləyici və tozlayıcı, 4 otbiçən, 6 gübrəsəpən, 46 səpici aqreqat, 14 mala, 14 kultivator, 9 traktor yedəkləri (qoşqular), 20 ot və küləş presləyən, 8 ot dırmığı, 3 taxıl (toxum) təmizləyən, 10 bağarası frez və 125 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.

AZERTAG.AZ :“Aqrolizinq” ASC-nin xətti ilə 17,9 milyon manatlıq texnika alınıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share