Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan komandası B qrupunda beşinci yerdədir
22.08.2020Ümumdünya Şahmat Olimpiadasının top-divizionunda mübarizə aparan Azərbaycan komandası bu günün sonuncu qarşılaşmasında Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, görüşdə Qazaxıstan yığması 2,5:3,5 hesabı ilə üstün olub.
Azərbaycan komandası bu gün daha iki oyun keçirib. Slovakiya şahmatçılarına 5:1 hesabı ilə qalib gələn yığmamız Ukrayna ilə oyunda 2,5:3,5 hesabı ilə məğlub olub. Dünən keçirilmiş üç turda komandamız Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının yığmalarını məğlub edib.
Azərbaycan komandası hazırda 8 xalla qrupda beşinci sırada qərarlaşıb.











