Enes Ünal "Xetafe" komandasına transfer olunub
24.08.2020İspaniyanın “Vilyarreal” futbol klubunun hücumçusu Enes Ünal “Xetafe” komandasına transfer olunub.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Türkiyə millisinin üzvü ilə beşillik müqavilə imzalanıb.
Xatırladaq ki, 2017-ci ildə “Tvente”dən “Vilyarreal”a transfer olunmuş 23 yaşlı hücumçu son 2 mövsümü icarə əsasında “Levante” və “Real Valyadolid”də keçirib.










