Göygöldə baş vermiş qəzada 2 nəfər xəsarət alıb
24.08.2020“Hakimiyyet.com” xəbər verir ki,
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanlı yolunun rayonun Qızılqaya qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.











