Ronaldunun xet-triki “Yuventus”a böyük hesablı qələbə gətirdi
07.01.2020İtaliya çempionatının növbəti turunda “Yuventus” öz meydançasında “Kalyari”ni qəbul edib.
Bu oyunda turinlilər mövsümdə ən böyük hesablı qələbələrini qazanıblar – 4:0.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu oyunda xet-trik və məhsuldar ötürmə edib.
Bu Ronaldunun “A” Seriyasında ilk, karyerasında isə 56-cı xet-trikidir.
“Yuventus” 45 xal toplayaraq turnir cədvəlinin birinci pilləsinə qalxıb.









