“Keşlə” Rail Məlikovu transfer edib

“Keşlə” Rail Məlikovu transfer edib

25.08.2020 Off By admin

Paytaxtın “Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi son 4 ili “Sumqayıt”da keçirən Rail Məlikovu heyətinə qatıb. Onunla 2020-2021-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 34 yaşlı müdafiəçi daha öncə “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL, həmçinin Türkiyənin “Denizlispor” klublarında çıxış edib.

Share