Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 960 manata çatıb

Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 960 manata çatıb

25.08.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.

APA-Economics”in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,5% artaraq 959,8 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 984 manata bərabər olub.

Share