UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək

UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək

25.08.2020 Off By admin

İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” klubları arasındakı UEFA Super Kuboku matçında azarkeşlərin iştirakına icazə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, fanatlar stadionun tutumunun 30 faizinədək doldura biləcəklər.

Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransanın PSJ klubunu 1:0 hesabı ilə üstələyib. “Sevilya” isə Avropa Liqasının final matçında İtaliyanın “İnter” klubundan üstün olub – 2:0.

Share