Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

25.08.2020 Off By admin

Hörmətli cənab Prezident.

Siz hər zaman vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam”. Biz də bunu həmişə hiss edirik.

Bu çətin dövrdə Sizin xalqın yanında olmağınız buna bariz nümunədir. Məhz buna görə Sizə minnətdarıq. Koronavirusun qarşısının alınmasını, vətəndaşların sağlamlığının qorunmasını təmin etmək üçün həyata keçirilən tədbirlər hamımızın ürəyincədir. Dünya arenasında özünəməxsus dəst-xətti ilə seçilən bir rəhbər kimi Siz dövləti ilə dövlətləşən, milləti ilə millətləşən, el dilində əfsanələşən Lidersiniz.

Allah Sizi qorusun.

Hörmətlə,

Tural Səmədli

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

Share