Axtarışda olan terrorçu Türkiyə-Suriya sərhədində saxlanılıb
10.01.2020İŞİD terror təşkilatına üzv olmaq şübhəsi ilə Beynəlxalq Polis Təşkilatı – İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan -Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb.
Şübhəli Suriyadakı qarşıdurma bölgəsindən qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçmək istəyərkən ölkənin Milli Kəşfiyyat Təşkilatı və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
O, lazımi tədbirlərin görülməsi üçün müvafiq orqanlara təqdim edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri









