Altı şahmatçımız “Praqa Open 2020”də iştirak edir
10.01.2020Çexiyada start götürən şahmat üzrə “Praqa Open 2020”də Azərbaycanı 6 idmançı təmsil edir.
AZƏRTAC xəbər verir ki, turnirin A qrupunda şahmatçılarımız Rəvan Əliyev, Eldar Musayev, Fərid Məmmədov, Xalid Atababayev, Kənan Hacıyev mübarizə aparırlar. Təmsilçimiz Nihad Mustafayev isə B qrupunda gücünü sınayır.
Doqquz turdan ibarət olan yarışların A qrupunda 154, B qrupunda 126 şahmatçı mübarizə aparır.









