“Elementar məsələləri bilmir” – Gürcüstanlı nazirdən Paşinyanın absurd fikrinə SƏRT reaksiya
12.01.2020Nikol Paşinyanın Ermənistanın iqtisadi göstəricilərə görə Gürcüstan və Azərbaycanı keçməsi barədə absurd fikri faktiki olaraq beynəlxalq qalmaqala gətirib çıxarıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava bildirib ki, N.Paşinyan elementar məsələləri bilmir və iqtisadi göstəricilərin necə hesablandığını başa düşmür.
(Yəni siyasətdə qoyundur-hakimiyyet.com)
Nazir vurğulayıb ki, Nikol Paşinyanın bu məsələni öyrənməsi məqsədəuyğun olar:
“Gürcüstanda statistika xidməti 2019-cu ilin noyabrından ÜDM-in hesablanmasının yeni üsulunu tətbiq edib və bu, hələlik Beynəlxalq Valyuta Fondunun və digər maliyyə təşkilatlarının hesabatlarında öz əksini tapmayıb. Regionumuzun ölkələri – Azərbaycan, Ukrayna və Moldova da əlavə dəyər vergisinin hesablanmasının yeni üsulunu tətbiq edib. BVF-nin növbəti hesabatında əks olunacaq”.









