Karantini şirniyyat bişirərək keçirən Sevda
01.09.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
sənətçi pandemiya ərəfəsində günlərini mətbəxdə şirniyyat bişirməklə keçirib. Sevda “Youtube”da özünə kanal açaraq, bişirdiklərini də orada yayımlayır.
“Food blogger” olan Sanəliyeva bildirib ki, şirniyyat bişirərkən bütün problemlərini unudur. “Karantin günlərində nə qədər ki, iş-güc yoxdur mən də bildiklərimi bişirəcəm” deyə, ifaçı paylaşımlarından birində qeyd edib.
Qeyd edək ki, müğənni bir müddət əvvəl şirniyyat mağazası açmışdı. Daha sonra o, biznesini dayandırmışdı. Hazırda isə Sevda yenidən şirniyyat biznesinə başlayıb.












