Nazirlər Kabineti Aparatının rəhbərinin müavinlərinin sayı artırılır
02.09.2020“Hakimiyyet.com” xəbər verir ki,
Nazirlər Kabineti Aparatının rəhbərinin müavinlərinin sayı artırılır.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan Əsasnaməyə görə, Nazirlər Kabineti Aparatının rəhbərinin bir müavini olub. Dəyişikliyə əsasən, Nazirlər Kabineti Aparatının rəhbərinin iki müavini olacaq.











