Təhsil naziri bu məmurları işdən çıxardı

Təhsil naziri bu məmurları işdən çıxardı

02.09.2020 Off By Füzuli İsmayılov

Təhsil naziri Emin Əmrullayev iki təhsil şöbə müdirinin əmək müqaviləsinə xitam verib. Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verilib.

Qanunla nəzərdə tutulan yaş həddinə çatmış hər iki təhsil şöbə müdirlərinin fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində onların dövründə Bərdə və Samux rayonları üzrə təhsil nəticələrinin qənaətbəxş səviyyədə olmadığı ortaya çıxıb və onlarla bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab edilməyib.

Mehriban,

“Hakimiyyət” qəzeti

 

Share