Mövlud Çavuşoğlu: Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq

Mövlud Çavuşoğlu: Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq

02.09.2020 Off By admin

Ankara, 2 sentyabr, AZƏRTAC

Çox təşəkkürlər edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial hesabında Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən ifadə etdiyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə belə bir şərh yazıb.

Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq dövlət bayraqlarımızın qoşa təsvirini də paylaşıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZERTAG.AZ :Mövlud Çavuşoğlu: Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share