Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08.09.2020 Off By admin“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Fikrət Məmmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri
Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri
Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini
Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Sədaqət Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcidov – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri
Mehriban Vəliyeva ¬- Akademik Zərifə Əliyeva adına liseyin direktoru
Komissiyanın katibi
Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr 2020-ci il.
About The Author
1991-ci ildə BDU-nu bitirib.











