Mingəçevirdə qadını iş yerində bıçaqlayan şəxsin onun əri olduğu müəyyənləşib

Mingəçevirdə qadını iş yerində bıçaqlayan şəxsin onun əri olduğu müəyyənləşib

08.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Mingəçevirdə qadını bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Könül Mirzəliyevanı həyat yoldaşı Anar İsmayılovin bıçaqladığı müəyyənləşib.

 

O, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. 

***

13.40

Mingəçevirdə bıçaqlanma faktı qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, naməlum şəxs Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəliyevanı iş yerində bıçaqlayıb və hadisə yerindən qaçıb.

Qadın xəstəxanaya çatdırılıb, durumu ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Share