Ötən il Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24 faiz artıb

Ötən il Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24 faiz artıb

08.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2019-cu ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24% artıb. 

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Ötən il hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.25%-ni təşkil edib. Bu göstərici 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olub: “2013-cü illə müqayisədə son altı ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur.

2019-cu ildə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.25%-i Azərbaycan, 8.75%-i isə rus bölməsinin abituriyentləri olub. Hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.23, maksimum 92.57%-ni, rus bölməsinin abituriyentləri isə minimum 7.43, maksimum 28.77%-ni tuta bilərdilər. Minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

Share