Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

10.09.2020 Off By admin

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının yayıldığı bu dövrdə Sizin xalqımız üçün gördüyünüz tədbirlər təqdirəlayiqdir. Özüm II qrup əliləm və əlilliyə görə sosial müavinət alıram. Müavinətim hər ay vaxtında ödənilir. Bunlar hamısı Sizin əlillərə göstərdiyiniz diqqətin, qayğının nəticəsidir.

Mən həm öz adımdan, həm də xalqımız adından Sizə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, dünyanı cənginə alan bu virusdan tezliklə yaxa qurtaraq. Biz hər zaman Sizin yanınızdayıq və Sizi dəstəkləyirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Əzimov Xəyal Elşad oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri, Kəpəz rayonu.

Share