UEFA Türkiyə klubunun cəzasını ləğv edib

UEFA Türkiyə klubunun cəzasını ləğv edib

10.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyə klubu “Ankaragücü”nün transfer qadağası ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bunu paytaxt təmsilçisinin prezidenti Fatih Mərt açıqlayıb.

O bildirib ki, transfer qadağasına səbəb olan futbolçuların borcları ödənilib. Bu da UEFA-nın cəzanı ləğv etməsinə şərait yaradıb.

“Transfer həyata keçirmək üçün artıq heç bir problemimiz yoxdur. Anlaşdığımız oyunçuları qeydiyyatdan keçirmək üçün müraciət ünvanlamağa başlamışıq”, – deyə Fatih Mərt bildirib.

Qeyd edək ki, “Ankaragücü” Super Liqanın 1-ci turunda sentyabrın 13-də “Ərzurumspor”u qəbul edəcək.

Share