Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

10.09.2020 Off By admin

Çox hörmətli cənab Prezident.

Sizə təşəkkür etməyi bir Azərbaycan vətəndaşı olaraq özümə borc bilirəm. Ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini Siz bu gün layiqincə davam etdirirsiniz. Bu siyasət sayəsində Azərbaycan inkişaf edir, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.

Dünyanı lərzəyə salan koronavirus bəlasına qarşı atdığınız addımlar da təqdirəlayiqdir. Digər ölkələrlə müqayisədə az itki verməyimiz bunu deməyə əsas verir. Ən müasir tibbi-texniki avadanlıqların vaxtında ölkəmizə gətirilməsi, modul tipli xəstəxanların qısa müddətdə qurularaq istifadəyə verilməsi, yerli və xarici mütəxəssislərin insanların müalicəsi üçün cəlb edilməsi öz sözünü dedi. Xəstəliyə yoluxanların sayının gündən-günə azalması və müalicə olunub sağalanların artması əlbəttə ki, müsbət haldır.

Əziz Prezidentimiz, ölkəmizdə müşahidə olunan xalq-iqtidar birliyinin, qarşılıqlı hörmət və ehtiramın əvəzi yoxdur. Elə Sizin dediyiniz kimi: “Biz birlikdə güclüyük!”

Hörmətlə,

Mirzəyev Suqayət Qurban oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Təklə kəndi.

Share