“Vitoriya” klubunun hücumçusu karyerasını “Qəbələ”də davam etdirəcək
10.09.2020Braziliyanın “Vitoriya” futbol klubunun hücumçusu Eronildo dos Santos Roşa karyerasını “Qəbələ”də davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 22 yaşlı futbolçu “qırmızı-qaralar”a keçidini rəsmiləşdirmək üçün Azərbaycana gəlib. “Vitoriya” gənc hücumçunu “Qəbələ”yə birillik icarəyə verib.
Futbolçu Braziliyanın U-17 millisində keçirdiyi 7 oyunda 1 qol vurub.











