Türkiyədə koronavirusla bağlı vəziyyət necədir?

Türkiyədə koronavirusla bağlı vəziyyət necədir?

10.09.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Türkiyədə son sutka ərzində koronavirusdan 58 nəfər ölüb.

bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, son 24 saatda  107 702 şübhəli koronavirus testindən keçib, onlardan 1512-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1209  nəfər olub, 1219  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 286 455 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 255 407 nəfər sağalıb, 6895 nəfər ölüb.

Share