Şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq
10.09.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.
Axşam.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələbələrdə bildirilib.
Peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.











