“Napoli” klubunun prezidenti Aurelio De Laurentis koronavirusa yoluxub
10.09.2020İtaliyanın “Napoli” futbol klubunun prezidenti Aurelio De Laurentis koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belə ki, 71 yaşlı funksionerdən götürülmüş testin nəticəsi müsbət olub.
De Laurentis 2004-cü ildən İtaliya təmsilçisinin prezidentidir.











