Şuşaya köçürülən Livan erməniləri – VİDEOFAKT
11.09.2020Ermənilər işğal altındakı Azərbaycan ərazilərində süni məskunlaşdırma siyasətini davam etdirirlər.
Hakimiyyet.com bildirir ki, süjetlərin birində yaxınlarda Livandan Azərbaycanın ermənilər tərəfindən işğal altında olan Şuşa şəhərinə köçürülmüş erməni ailəsi haqqında video təqdim olunub.
Toni Hacara adlı Livan ermənisi həyat yoldaşı və övladı ilə birlikdə Şuşada məskunlaşıb. O, doğma yurd-yuvalarından qovulmuş azərbaycanlılardan birinə məxsus evə köçüb. İxtisasca aşbaz olan Hacara Qarabağda Yaxın Şərq kulinariya məktəbini inkişaf etdirəcəyini deyib.
Xatırladaq ki, Livanın paytaxtı Beyrutda baş verən partlayışı bəhanə edən Ermənistan hakimiyyəti Livan ermənilərinin kütləvi köçünü təşkil edib. Son 2 ayda 10 təyyarə reysi ilə 1300-dən artıq erməni Ermənistan və Azərbaycanın işğal altında olan Qarabağına köçürülüb.











