Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

11.09.2020 Off By admin

Hörmətli cənab Prezident.

Bizim kəndin elektrik enerjisi ilə təchizatında bəzi problemlər var idi. Lerik rayonundan 1960-ci illərdə yüksək dağlıq ərazidən çəkilmiş elektrik naqilləri və onların keçdiyi dirəklər istismar müddətini başa vurduğundan bizə tez-tez çətinliklər yaradırdı. Dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz də artıq öz həllini tapmışdır. Astara rayonunun Taxtanəkəran-Toradi kənd yolu boyu yeni elektrik xəttinin çəkilməsi 5 mindən çox insanın sevincinə səbəb olmuşdur. Həmin insanlar adından Sizə dərin minnətdarlığımızı bildiririk, cənab Prezident. Həyatınız daim parlaq və firavan olsun.

Hörmətlə,

Cəbiyeva Rahilə Məmiş qızı

Kişiyev Mirağa Məmməd oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Hamoşam kəndi.

Share