Bakıda mikroavtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var

Bakıda mikroavtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var

11.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Share