Rusiyada son sutkada 5504 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 5504 nəfər koronavirusa yoluxub

11.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiyada son sutka ərzində daha 5504 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1051874 nəfərə çatıb.

Son sutka ərzində 102 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 365 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Share