İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
11.09.2020“Hakimiyyet.com” xəbər verir ki,
3 saylı İstintaq təcridxanasına narkotik vasit’ keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum İbrahimov Mətləb Namiq oğlu təcridxanaya qəbul olunarkən onun üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman cibində olan kibrit qutusunun içərisində ümumi çəkisi 0,133 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.











