“İstəmədiyiniz ali məktəbi yazıb, kiminsə yerini tutmayın”
11.09.2020“Hakimiyyet.com” xəbər verir ki,
“İstəmədiyiniz ali məktəbi yazıb, kiminsə yerini tutmayın. Ətrafda olanları da fikirləşin, bu, sizə lazım deyilsə, yazmayın”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, az bal toplayanlar 11 illik bazadan kollecləri seçə bilərlər: “Ali məktəblərə ixtisas seçimi bitəndən sonra orta ixtisas təhsili müəssisələrinə də ixtisas seçimi başlayacaq”.











