Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq

Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq

11.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşəbbüsü və Türkiyənin aparıcı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

AzTA-dan “APA-Economics”ə verilən məlumata görə, Türk Dövlətlərinin Turizm Təşkilatının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi və eləcə də bu potensialın dünyaya yayılmasıdır.

Hazırda təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.

Share