ABŞ açıq turnirində qadın tennisçilərin yarışının finalçıları müəyyənləşib
11.09.2020Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində qadınlar arasında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin altıqat qalibi Serena Vilyams yarımfinalda belaruslu Viktoriya Azarenkoya məğlub olub – 1:2 (6:7, 6:3 və 3:6). Belaruslu raketka ustası finalda yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. Həlledici oyun sentyabrın 13-də keçiriləcək.











