Sumqayıtda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
28.01.2020Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol–nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində, Sumqayıtın əsas giriş hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobilə onun arxasınca gələn digər “Mercedes” markalı avtomobil çırpılıb. Zərbənin gücündən avtomobil işıq dirəyini aşıraraq yolun digər hissəsinə keçib.
Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, qəza nəticəsində xəsarət alan 3 nəfər dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.