Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
11.09.2020Hörmətli cənab Prezident.
Mənim övladlarım Abşeron rayonu, Qobu qəsəbəsinin yeni məhəlləsində yaşayırlar. İlk növbədə onu deyim ki, Sizin əməyiniz və zəhmətiniz hesabına Qobu qəsəbəsi indi şəhər təsir bağışlayır. Biz bundan çox şadıq. Lakin, yeni məhəllənin təbii qazla təmin olunmaması övladlarımı çətinliklə üz-üzə qoymuşdu və mən də bir ata olaraq bundan çox narahat idim. Sizin tapşırığınıza uyğun olaraq həmin məhəlləyə qaz xəttinin çəkilişinə başlanılması bizi çox sevindirdi.
Əziz Prezidentimiz, Sizin daxili və xarici siyasətinizi bəyənirik, respublikamızın kənd və qəsəbələrində görülən işlərə görə Sizi alqışlayırıq. Sizə öz adımdan, ailəmin və evlərinə qaz xətti çəkilən sakinlərin adından minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Fətullayev İnqilab Atakişi oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu qəsəbəsi.











