ABŞ-ın Alabama ştatında yanğın zamanı 8 nəfər ölüb
28.01.2020ABŞ-ın Alabama ştatının Skottsboro şəhərindəki qayıq dokunda baş vermiş yanğın zamanı azı səkkiz nəfər ölüb.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “NBC” televiziya şirkəti məlumat yayıb.
“Hazırda səkkiz nəfərin öldüyünü təsdiqləyə bilərik”, – deyə şəhər yanğınsöndürmə idarəsinin rəisi Cin Niklaus bildirib.









