Ərdoğandan Azərbaycana mühüm jest: Bunu Türkiyə edəcək
29.01.2020“Hazırda Çində 25-ə qədər Türkiyə, 10-a qədər Azərbaycan vətəndaşı var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib.
Prezidentin sözlərinə görə, Türkiyə Səhiyyə Nazirliyi məsələ ilə bağlı təmkinli açıqlamalar verir:
“Səhiyyə nazirimizin bu məsələdə açıqlaması belədir ki, bizdə hələki hər hansı təhlükə yoxdur. Amma Çində 25-ə qədər Türkiyə, 10-a qədər də Azərbaycan vətəndaşı var. Onlar geri qayıtmaq istəyirlər. “Tədbirlərinizi alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə götürərək Türkiyəyə gətirək” dedik”.









