Britaniyada son sutkada 4 minə yaxın insan koronavirusa yoluxub
21.09.2020“Hakimiyyet.com” xəbər verir ki,
Böyük Britaniyada son sutka ərzində 3 899 nəfər koronavirusa yoluxub.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 394257-yə çatıb. Son bir gündə 27-i nəfər olmaqla, 41777 xəstə dünyasını dəyişib.
Qeyd edək ki, bir gün əvvəl krallıqda yeni virusa 4422 nəfər yoluxub. Yoluxma hadisəsinin pik nöqtəsi mayın 8-də qeydə alınıb – 4 649 nəfər.











