İcra nümayəndəsinin oğlu bacısını güllələdi

İcra nümayəndəsinin oğlu bacısını güllələdi

21.09.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki, Bakıda qətl törədilib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.

Share